Avropa dövlətləri yeni imperiya yaratmaq niyyətindədirlər -SON DƏQİQƏ

Macarıstanın Baş naziri Viktor Orban Avropadakı bəzi güclərin milli dövlətlər əvəzinə “Avropa Birləşmiş Dövlətləri” qurmaq istədiklərini, lakin bunun bir hissəsi olmaq istəmədiklərini deyib.

ÜMİDTV.com:   Macarıstanın Baş naziri Viktor Orban Avropadakı bəzi güclərin milli dövlətlər əvəzinə “Avropa Birləşmiş Dövlətləri” qurmaq istədiklərini, lakin bunun bir hissəsi olmaq istəmədiklərini deyib.

O, bu barədə “Kossuth” dövlət radiosunda danışıb.

Orban bəzi güclərin Avropa ölkələrini əhatə edən bir imperiya qurmaq istədiklərini iddia edib.

Onun sözlərinə görə, Macarıstan hökuməti bundan imtina etdiyinə görə tənqid olunub.

Ölkəsinin heç bir şəkildə sözügedən imperiyanın bir hissəsi olmayacağını vurğulayan Orban “Macarıstanın Macarıstan olaraq qalmasını istəyirik”, deyib.

O, imperiya tərəfdarlarının hər fürsətdə Macarıstan hökumətini zəiflətməyə çalışdıqlarını qeyd edib.

ÖNCEKİ HABER

“Molotov kokteyli”ni azərbaycanlı alim icad edib- Prezident İlham Əliyev

SONRAKİ HABER

Koronavirusla bağlı şad xəbər var: Müsbət 30 dərəcədə aktifliyini tam itirir!