Gorusdan Azərbaycan əraziləri atəşə tutulur: Ölən və yaralananlar var - RƏSMİ

Gorusdan Azərbaycan əraziləri atəşə tutulur: Ölən və yaralananlar var - RƏSMİ

ÜMİDTV.com:      Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var:

“Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.

ÖNCEKİ HABER

Tibb işçilərindən yaralı əsgərimizə sürpriz

SONRAKİ HABER

Koronavirusla bağlı SON STATİSTİKA