Tibb bacısı tərəəfindən koronavirus xəstəsinin təqaüd kartı oğurladı !

43 yaşlı tibb bacısı oğurluğu ağır vəziyyətdə olan pasiyentin ölümündən üç gün əvvəl həyata keçirib.

ÜMİDTV.com:     ABŞ-ın Nyu-York şəhərində süni tənəffüs aparatına qoşulmuş koronavirus xəstəsinin təqaüd kartı tibb bacısı tərəfindən oğurlanıb.

“Daily Mail” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, qadın xəstənin pensiya kartından 60 dollar çıxararaq, evinə ərzaq alıb və avtomobilinə yanacaq doldurub.

43 yaşlı tibb bacısı oğurluğu ağır vəziyyətdə olan pasiyentin ölümündən üç gün əvvəl həyata keçirib.

Qonşu Nyu-Cersi ştatından olan qadın polislər tərəfindən saxlanılıb.

COVID-19 virusundan həyatını itirən 70 yaşlı qadının qızı Tara Katapano mətbuata verdiyi açıqlamada bildirib ki, həyatı uğrunda mübarizə aparan insana qarşı edilən bu əməl onu dərindən sarsıdıb.

ÖNCEKİ HABER

ÜST rəsmisindən koronavirusun pik həddi ilə bağlı - AÇIQLAMA

SONRAKİ HABER

“Bu, Gürcüstan tərəfinin səhvidir”-Vladimir Zelenski