Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi şumlanıb - FOTO

Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi şumlanıb - FOTO

ÜMİDTV.com:       Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi şumlanıb.

“Aqroservis” ASC-dən KİV-ə  verilən məlumata əsasən, 61 rayon üzrə ümumilikdə 565 min 577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 715 hektar çoxdur. 

Bu il ümumilikdə 1 milyon 118 min 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır. 

Qeyd edək ki, cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2 min 127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədini rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesinə əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub.

Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonlarındadır.   

 

ÖNCEKİ HABER

Azərbaycanda 56 min tondan çox qarğıdalı yığılıb - FOTO

SONRAKİ HABER

Silahlı Qüvvələrə Yardım Fonduna son bir ayda 7 milyon manata yaxın vəsait daxil olub