Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

ÜMİDTV.com:        Goranboyda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüdlü Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ÖNCEKİ HABER

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO

SONRAKİ HABER

Düşmən Beyləqanı və Tərtəri atəşə tutdu: İki nəfər öldü