FOTO: VƏTƏN SEVDALISI MÜBARİZ MƏNSİMOVUN AZƏRBAYCAN ORDUSUNA YARDIM AKSİYASI DAVAM EDİR !

VƏTƏN SEVDALISI MÜBARİZ MƏNSİMOVUN AZƏRBAYCAN ORDUSUNA YARDIM AKSİYASI DAVAM EDİR !

ÜMİDTV.com:       Təqsiri olmadan həbsdə olmasına baxmayaraq, Vətən Oğlu Azərbasycan Ordusunun Yanındadır !

Özünün  çətinliyini unudub, vətənin ehtiyacı olan  günündə bütün imkanlarını vətən üçün səfərbər etmək hər oğulun işi deyil.  Belə oğullar az-az dünyaya gəlir.  Nə yazıq ki, dünya yer üzərində hələ ki, ədalətsiz və xəyanətkar məxluqları bağrına basır.  Mübariz Mənsimov kimi bir vətən sevdalısını isə hələ ki, zindanda saxlamaqla kifayətlənir.  Həyat belədir ! Yaxşılar əzab çəkməli, xainlər dəm-dəsgahlı dövranını sürməli !

Bu acı həqiqəti qəbul etmək nə qədər çətin olsa da, qəbul etmək zorundayıq ki, yaxşılar bu həyatda əzab çəkmək üçün yaradılmışlardandırlar.  Çünki Allah yaxşıları imthana çəkər !  Allahın bu imthanından səbrlə üzü ağ çıxan bəndə Allahın qatında ən ali məqama sahibdir və qələbə bayrağı sonunda onun əlində olacaq ! Mübariz Mənsimov günahsız yerdə həbsdə saxlanılsa da, sonunda qalibiyyət onun olacaq.

Xəbər verdiyimiz kimi, Düşmən Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusu düşmən tapdağından öz torpaqlarını azad etmək üçün əks uğurlu əməliyyatlara başladı. Yaralılarımız və şəhidlərimiz oldu. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Azərbaycan ordusu hərəkətə keçən gündən vətən oğlu darda olmasına baxmayaraq, Azərbaycan ordusuna yardım aksiyasına başlamaq barədə tapşırıq verdi.  Vətən oğlunun bu tapşırığı onu sevən Mübarizlər ordusu tərəfindən icra edilir.  Mübarizlər ordusu Mübariz Mənsimovun tapşırığı ilə Azərbaycan əsgərinə mütəmadi yardım sovqatları aparmaqda davam edir.  Allah Azərbaycanımızı, xalqımızı, Ali Baş Komandanımız daxil olmaqla Azərbaycan ordusunu, Mübariz bəyi və Mübarizlər ordusunu qorusun !

Mübariz Mənsimovun vətənin müdafiəsi üçün etdikləri təkcə bununla bitmir.  Məlumata görə bu müddət ərzində Mübariz Mənsimov 500 ədəd PİKAP markalı avtomobilləri Azərbaycan ordusuna hədiyyə edib.  Mübariz Qurbanoğlunun bu günə qədər Türkiyə və Azərbaycan üçün etdiklərini sadalamağa belə ehtiyac yoxdur, çünki Azərbaycan və türk dünyası, həmçinin bütün dünya ictimaiyyəti bundan xəbərdardırlar.

Bundan başqa qeyd etməyi zəruri hesab edirik ki, Mübariz Mənsimovu sevənlər, yəni Mübarizlər ordusu yaralı əsgərlərimizə qanvermə kompaniyasına  ilk qoşulanların sırasında olublar.

Arzu edirik ki, Azərbaycanın yanında olan və hər vasitə ilə ölkəmizə dəstək olan qardaş Türkiyə dövləti, Azərbaycan və Türkiyə sevdalısı Mübariz Mənsimovun qısa zamanda azadlığa buraxılacağına lazımi köməklik göstərəcək.  VƏTƏNİN MÜBARİZ MƏNSİMOV KİMİ BİR OĞULA EHTİYACI VAR !   VƏTƏN SƏNİ GÖZLƏYİR VƏTƏN OĞLU !!!

Davamı var...

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan

 

ÖNCEKİ HABER

Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

SONRAKİ HABER

SON DƏQİQƏ: Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var!