Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general

ÜMİDTV.com:    Oktyabrın 3-ü Prezident İlham Əliyevin elan etdiyi Suqovuşan kəndi və yüksəkliyinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan tərəfindən təbrik edilən 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun şəxsiyyəti və bioqrafiyası geniş ictimaiyyət üçün yenidən maraq kəsb edib.

Həsənov Hikmət Hüseyn oğlu 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub.

Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə “N” saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə altı ay kurs keçib, daha sonra xidmətini Ağdamda “N” saylı briqadada davam etdirib. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda “N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda “N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

ÖNCEKİ HABER

Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO

SONRAKİ HABER

Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO