Bişkekdə etirazçılar meriya binasını da ələ keçirdilər: Yaralıların sayı 590-a çatdı - YENİLƏNİB

Bişkekdə etirazçılar meriya binasını da ələ keçirdilər: Yaralıların sayı 590-a çatdı - YENİLƏNİB

ÜMİDTV.com:      Bişkekdə etirazçılar şəhər meriyasının binasını ələ keçiriblər. 

Bununla bağlı 24.kg agentliyinə Bişkek meri Aziz Surakmatov məlumat verib. 

Bundan başqa, Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, polislə toqquşmalar nəticəsində Bişkekdə 590 nəfər yaralanıb, bir nəfər ölüb. 

05:38

Qırğızıstanda parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər sabiq baş nazir Sapar İsakovu da həbsxanadan azad ediblər. 

Bununla bağlı 24.kg agentliyi məlumat yayıb. 

Qeyd edək ki, 2017-2018-ci ildə Qırğızıstanda hökumət başçısı olan İsakov Moldovanka kəndindəki həbsxanada saxlanılırdı.

05:30

Bişkekdə etirazçıların tutduğu parlament binasında yanğın başlayıb. 

REN TV xəbər verir ki, binanın dördüncü mərtəbəsi alova bürünüb. 

Nümayişçilərin sözlərinə görə, naməlum şəxs qəsdən binaya od vurub. 

Etirazçılar jurnalistlərdən hadisə yerinə yanğınsöndürənləri çağırmağı istəyiblər. 

ÖNCEKİ HABER

Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb

SONRAKİ HABER

Tədbirdə iştirak edən 13 məktəbli qəfil huşunu itirdi