Sahibə Qafarova: “Qarabağın hər yerində şanlı Azərbaycan bayrağı dalğalanacaq”

Sahibə Qafarova: “Qarabağın hər yerində şanlı Azərbaycan bayrağı dalğalanacaq”

ÜMİDTV.com:         “Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, daha böyük uğurlar bizi gözləyir:

“Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.

ÖNCEKİ HABER

Sahibə Qafarova: “Beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir”

SONRAKİ HABER

Ceyhun Bayramov və Əfqanıstan XİN başçısı arasında telefon danışığı olub