MM-də Madagiz kəndinin Suqovuşan adlandırılması ilə bağlı layihə qəbul edilib

MM-də Madagiz kəndinin Suqovuşan adlandırılması ilə bağlı layihə qəbul edilib

ÜMİDTV.com:          Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. 

ÖNCEKİ HABER

Ombudsman düşmənin artilleriya atəşinə məruz qoyduğu Gəncədə - FOTO

SONRAKİ HABER

Ermənilərin atdığı mərmi nəticəsində FHN-in bir əməkdaşı xəsarət aldı