Goranboy rayon Qaraçinarlı kəndi düşmən atəşinə məruz qalıb - FOTO

Goranboy rayon Qaraçinarlı kəndi düşmən atəşinə məruz qalıb - FOTO

ÜMİDTV.com:      Goranboy rayonu Qaraçinarlı kəndinə atılan artilleriya atəşi nəticəsində mülki yaşayış evlərinə ciddi ziyan dəyib. 

 Qaraçinarlı kəndində sakinlər hər şeyə rəğmən öz evlərini tərk etməyəcəklərini bildirirlər. Əhalinin mal-qara təsərrüfatı məhv olub, bir çox yaşayış evlərinə ciddi ziyan dəyib. 

Lakin əhalinin əzmi, ruh yüksəkliyi hər gün daha da artır. Kənd sakinləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədə xalq olaraq Ali Baş Komandanın yanında olduqlarını ifadə edirlər.  (Mənbə: Oxu.Az)

 

ÖNCEKİ HABER

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı

SONRAKİ HABER

Anar Bağırov: “Azərbaycan xalqına qarşı haqsızlıq olanda bəzi beynəlxalq təşkilatlar susurlar”