Braziliyada polis helikopteri qəzaya uğradı: Yaralılar var

Braziliyada polis helikopteri qəzaya uğradı: Yaralılar var

ÜMİDTV.com:     Braziliyada Milli Təhlükəsizlik Xidmətinə məxsus helikopter qəzaya uğrayıb. 

Bununla bağlı “G1” portalı məlumat yayıb. 

Helikopterin Pantanal regionundakı meşə yanğınları ilə mübarizə üçün havaya qalxdığı bildirilib. Qəza Matu-Qrosu ştatının paytaxtı Kayba şəhərindən 104 kilometr aralıda baş verib. 

Hadisə nəticəsində üç polis ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri məlum deyil.

ÖNCEKİ HABER

Qoşulmama hərəkatı Azərbaycanla həmrəy olduğunu açıqladı

SONRAKİ HABER

ABŞ İran banklarına sanksiya tətbiq etdi