ÖLKƏ PREZİDENTİNİN KORONAVİRUSLA BAĞLI MÜBARİZƏ METODU, DÜNYA PRAKTİKASINDA BİR ÖRNƏKDİR-Rəhman Cəbiyev

Koronavirus pandemiya infeksiyası bəşər tarixində yayılan infeksiyaların ən təhlükəli növlərindəndir. Çin Respublikasından dünyaya ayaq açan Koronavirus pandemiyası dünya ölkələrini qabaqlayıcı tədbirlər görməyə sövq etdi. Buna baxmayaraq dünya dövlətləri hələ ki, bu virus qarşısında acizliyini etiraf etmək məcburiyətində qalıblar.

ÜMİDTV.com:    Yaranan vəziyyət ölkəmizdən də yan keçmədi. Mövcud  səbəblər, Azərbaycanda lazımi qabaqlayıcı tədbirlərin həyata keçirilməsini zəruri etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və peşəkarcasına həyata keçirdiyi Pandemiyaya qarşı mübarizə metodu öz əməli nəticəsini verməkdədir.

Prezident İlham Əliyev, bu təhlükəli virusa qarşı mübarizə aparmaq üçün dövlətin bütün imkanlarını qısa zamanda səfərbər etməklə, infeksiyanın geniş və sürətrli yayılmasının qarşısını hələ ki, almağa nail ola bilmişdir. 

Ölkə Prezidentinin ən önəmli ibrətamiz addımlarından biri, Pandemiyaya qarşı mübarizədə Ümumxalq birliyinə  nail olmaq idi və ölkə Prezidenti şəxsi təşəbbüs göstərməklə bu birliyi yarada bildi.  

Ölkələrin yalnız dövlət büdcəsi hesabına Pandemiya infeksiyasına qarşı mübarizə aparmasına üstünlük verdiyi bir dönəmdə, Azərbaycan Prezidenti özünün siyasi həyat təcrübəsinə dayanaraq, Koronavirusla Mübarizə Fondunu yaratması, ilkin olaraq şəxsi təşəbbüsünü ortaya qoyaraq, 1 illik əmək haqqısını Fonda ianə etməklə, könüllülüyə əsaslanan metodla, ölkə ictimaiyyətini bu infeksiyaya qarşı birgə mübarizə aparmağa  səfərbər etdi.  Azərbaycan Prezidentinin bu nümunəvi təşəbbüsünə  ölkə ictimaiyyəti davamlı olaraq qoşulmağa başladı və Ümumxalq birliyi nümayiş etdirildi.  Azərbaycan Prezidentindən örnək olan bu missiya artıq Türkiyə Prezidenti tərəfindən də qardaş ölkədə tətbiq olunmağa başladı.

Bundan başqa, ölkə Prezidentinin təxirəsalınmaz qabaqlayıcı tədbirlərindən biri də, ölkəyə Koronavirus infeksiyasını qısa sürədə aşkar etmək üçün zəruri olan bütün avadanlıqlar və testlər alınaraq ölkəyə gətirildi.  Eyni zamanda lazım olan tibb müəssisələri yüksək səviyyədə karantin üçün hazır vəziyyətə gətirildi. 

Qeyd etməyi zəruri hesab edirik ki, ölkə Prezidentinin örnək olan bu mübarizə metoduna, ölkə sahibkarları da xüsusi təşəbbüs göstərməklə sahibi olduqları otel və istirahət mərkəzlərini karantin üçün ayırdılar. Həmçinin bu təşəbbüsə dövlət xadimlərindən tutmuş sadə vətəndaşa qədər hər biri imkanları çatdığı qədər Koronavirusla mübarizəyə dəstək olaraq bu məqsəd üçün yaradılmış Fonda ianə şəklində vəsaitlər köçürdülər. Bu missiya bu gün də davam etməkdədir.

Ölkə Prezidentinin digər təqdirəlayiq qabaqlayıcı tədbirlərindən biri də, zərərə uğramaq riski ilə üzləşə biləcək sahibkar və fərdi sahibkarlara, o cümlədən sosial dəstəyə ehtiyacı olan aztəminatlı ailələrə dəstək proqramının hazırlanmasına tapşırıq verməsidir ki, bu siyasət ölkənin Pandemiya infeksiyası ilə mübarizə apardığı bir dönəmdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına təkan verəcək. 

Qeyd edək ki, bu gün ən çox narahatçılıq keçirən işsiz və gündəlik muzdlu işləyən təbəqədir ki, ölkə Prezidentinin tapşırığı əsasında hazırlanan sosial paketdə, qeyd olunan təbəqədən olan insanlara da birdəfəlik yardım edilməsi əksini tapır.

Azərbaycanda Pandemiya ilə aparılan bu mübarizə xəttində, ölkə Prezidenti ilə yanaşı Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın da xüsusi əməyi var.

Hesab edirik ki, Azərbaycan Prezidentinin “#GÜC BİRLİKDƏDİ” şüarına qoşulan ölkə ictimaiyyəti, məhz Ümumxalq birliyi sayəsində, dünyanı ağuşuna alan qlobal Pandemiya infeksiyasına qısa bir zamanda qalib gələcək.

Əminik ki, ölkə ictimaiyyəti, əhalinin sağlamlığının qorunmasına yönələn “#EVDƏ QAL  “ prinsipinə əməl edəcək və zərurət yaranmadığı halda evdən kənara çıxmayacaqlar. Çünki, Pandemiya infeksiyasının geniş yayılmasının qarşısının alınmasının yeganə yolu, məhz evdə qalmaqla gigiyenik qaydalara ciddi əməl etməkdən keçir.

Azərbaycan Prezidenti İlham Əliyevin qısa zamanda gördüyü qabaqlayıcı tədbirlər, ölkə Prezidentinin Bəşəriyyətə örnək olan təşəbbüsünə qoşulan Azərbaycan xalqının birliyi sayəsində, bu Pandemiya infeksiyasını məğlubiyyətə uğradacağıq !

Koronavirus Pandemiyasının dünyada geniş vüsat aldığı bir zamanda, ölkə Prezidentinin təşəbbüsnə qoşularaq Ümumxalq birliyi nümayiş etdirən Azərbaycan ictimaiyyətini, bir daha bu infeksiyanın ciddiliyini dərk edərək zərurət olmadığı halda evdən çıxmamağa, ev şəraitində gigiyenik qaydalara ciddi əməl etməyə çağırırıq.

#BİZBİRLİKDƏGÜCLÜYÜK

#EVDƏQAL   

#SAĞLAMLIĞINIQORU

#DÖVLƏTƏDƏSTƏKOL

Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan

 

ÖNCEKİ HABER

Heydər Əliyev Siyasi Kursu, Azərbaycanın ictimai-siyasi həyatının qarantıdır– RƏHMAN CƏBİYEV

SONRAKİ HABER

Metroya maskasız girdi, 10 sutka iş aldı !