FHN-dən düşmənin atəşi nəticəsində Gəncədə binanın dağılması ilə bağlı MƏLUMAT

FHN-dən düşmənin atəşi nəticəsində Gəncədə binanın dağılması ilə bağlı MƏLUMAT

ÜMİDTV.com:    Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. 

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hadisə nəticəsində yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

ÖNCEKİ HABER

MN: Bakının atəşə məruz qalması yalandır

SONRAKİ HABER

Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir - RƏSMİ