MN: “Düşmən döyüş əməliyyatlarından xeyli aralıda yerləşən ərazilərimizi atəşə tutmaqda davam edir”

MN: “Düşmən döyüş əməliyyatlarından xeyli aralıda yerləşən ərazilərimizi atəşə tutmaqda davam edir”

ÜMİDTV.com:       Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

ÖNCEKİ HABER

Hikmət Hacıyev: “Gəncədə erməni təxribatını soyqırım aktı kimi dəyərləndiririk”

SONRAKİ HABER

Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası - FOTO