Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib - RƏSMİ

Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib - RƏSMİ

ÜMİDTV ÖLKƏ:     Bakı metrosunda dezinfeksiya işlərinin gücləndirilməsi və sərnişinlərin mövcud qaydaya riayət etməsi istiqamətinə nəzarət tədbirləri gücləndirilib.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətdə aparılır:

“Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Tərəfimizdən sərnişinlər sosial məsafəyə riayət etməyə dəvət olunur.

Ümumiyyətlə, bu gün hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməli və mövcud qaydalara riayət etməlidir ki, əsgərlərimizin gözü yolda qalmasın”.

ÖNCEKİ HABER

Tərtərdə qəbiristanlığın atəşə tutulması nəticəsində ölən və yaralananların adları bilindi - RƏSM

SONRAKİ HABER

Goranboy, Tərtər və Ağdam rayonları atəşə tutulur - RƏSMİ