Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb - RƏSMİ

Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb - RƏSMİ

ÜMİDTV xəbər verir ki, “Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, Ermənistanın hücumları nəticəsində üç şagird ölüb, 15 şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Ermənistan tərəfindən qəsdən törədilən bu cinayətlər nəticəsində dinc əhali arasında da ölənlər var. 1221 təhsil müəssisəsi öz fəaliyyətini distant təhsilə keçirib.

Mövcud vəziyyətdə biz inanırıq ki, Azərbaycan ordusu düşmənə layiqli cavabını verir. Əminik ki, proseslər yekunlaşdıqdan sonra təhsil müəssisələri də öz fəaliyyətini bərpa edəcək”.

Könül Cəfərli

ÖNCEKİ HABER

Tətil qərarı özəl kurslara aid deyil - RƏSMİ

SONRAKİ HABER

Tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə müddətli əlavələr ödənildi - RƏSMİ