Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ

Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ

Bu gün saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

ÖNCEKİ HABER

Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ

SONRAKİ HABER

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi