Elman Rüstəmovdan lombardlarla bağlı MÜHÜM AÇIQLAMA

Elman Rüstəmovdan lombardlarla bağlı MÜHÜM AÇIQLAMA

ÜMİDTV.com:     “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sferanın tənzimlənməsi, hüquqi çərçivəsi istiqamətində önəmli təkliflər Milli Məclisə təqdim olunacaq:

“Qanun layihəsinin qəbul olunması xaotiklik müşahidə olunan lombard sistemi üzərində effektiv iş aparmağa imkan verəcək.

Burada əsas məqsəd əhalinin maraqlarının qorunmasıdır. Qanunun qəbul edilməsindən sonra lombard kreditləri ilə bağlı hesabat olacaq”.

“Həmin hesabatda faiz dərəcələri, insanlarla münasibət, faizlərin əhaliyə nə dərəcədə şəffaf açıqlandığı bilinəcək”, - deyə baş bankir əlavə edib.

ÖNCEKİ HABER

Azərbaycan Prezidenti İlham Əliyev Tokayevə zəng edib.

SONRAKİ HABER

Baş prokuror “EuroHome”da baş verən yanğınla bağlı göstəriş verdi -RƏSMİ