Əhəd Abiyev lüks avtomobilindən imtina etdi - SƏBƏB

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev son günlər bahalı avtomobilindən istifadə etmir.

ÜMİDTV.com:   Bu barədə Demokrat.az-a Daşkəsən rayon sakinləri məlumat veriblər.

Sakinlər deyir ki, icra başçısı özünə yerli istehsal olan “NAZ Lifan” avtomobili alıb və rayon ərazisində həmin avtomobildə gəzməyə üstünlük verir.

Onlar qeyd edib ki, buna qədər Əhəd Abıyev “Lexus LX 570” markalı bahalı avtomobildən istifadə edib.

Qeyd edək ki, hazırda Azərbaycanda “Lexus LX” markalı avtomobillərin bazar qiyməti 190 min ABŞ dolları təşkil edir.

 

ÖNCEKİ HABER

DTX Dövlət Sərhəd Xidmətində əməliyyat keçirdi - RƏSMİ

SONRAKİ HABER

Azərbaycanda insanların çölə çıxmasına qadağa qoyula bilər - AÇIQLAMA