• 19 Eylül 2024 Perşembe

Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə Çövkən oyunu keçirəcəyik”

Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə Çövkən oyunu keçirəcəyik”

“Dünən şanlı ordumuz Şuşamızı bizə qaytardı. 28 illik həsrətdən sonra Şuşa tarixi sahiblərinə qayıdıb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Birinci Fəxri Xiyabanda Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bir qrup mədəniyyət və incəsənət xadimi ilə birgə Ulu Öndərin və Qarabağ - Şuşadan olan dahilərimizin məzarlarını ziyarət edərkən deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, artıq Şuşa azaddır:

“Əminəm ki, gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçirəcəyik. O Cıdır düzü ki, o, mənfur düşmən tərəfindən murdarlanmışdı”.

İlhamə Əbülfət

ÖNCEKİ HABER

Nazir müavini: “Ermənilər Kəlbəcərdə tarixi monastırı saxtalaşdırdı, indi isə qeyri-qanuni olaraq...”

SONRAKİ HABER

Xalq artisti: “Qorxurdum ki, bu günü görməyəm”