Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-da, saat 18:00 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə, xəstəxanaya yerləşdirilən sürücü ölüb, üç sərnişinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ÖNCEKİ HABER

Sabahın havası: Yağış, külək, qar olacaq

SONRAKİ HABER

Hulusi Akar və Zakir Həsənovun zəfər sevinci: Qucaqlaşdılar və himn oxudular - FOTO