Əsra Məmmədli: “Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm”

Əsra Məmmədli: “Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm”

“Azərbaycan ordusu bizim bayrağımızı artıq Şuşada dalğalandırır. Şuşa məscidində artıq azan səslənir, namaz qılınır”. 

ÜmidTv xəbər verir ki, Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu əslən Şuşadan olan Əsra Məmmədli Milli Məclisin bu gün keçirilən iclasında deyib. 

O bildirib ki, ailəsi artıq Şuşaya qayıdır:

“Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Çünki Qarabağ Azərbaycandır!”

Spiker Ə.Məmmədliyə bildirib ki, onun bu çıxışı bütün Şuşa sakinlərinin fikirlərini ifadə edir.

Könül Cəfərli

ÖNCEKİ HABER

Rusiya nümayəndə heyəti Ankarada: “Qarabağla əlaqəli texniki danışıqlar aparılacaq”

SONRAKİ HABER

Türkiyə Azərbaycana dəmir yolu çəkməyi planlaşdırır