Azeri Light markalı neftin qiyməti ucuzlaşıb

Azeri Light markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ÜmidTv-nin “Oil Price” portalından əldə etdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar və ya 1,28 faiz ucuzlaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,88 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

ÖNCEKİ HABER

Azərbaycanda ÜDM 3,8 faiz azalıb

SONRAKİ HABER

Musa Qasımlı: “Hər kəs ölkə başçısının qərarlarına güvənməlidir”