Azərbaycanda əməkhaqqı 17,1 faiz artıb

Azərbaycanda əməkhaqqı 17,1 faiz artıb

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 706,6 manat olub.

Dövlət Statistika Komitəsindən əldə olunan  məlumata əsasən, əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,1 faiz artıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

ÖNCEKİ HABER

Azərbaycanın məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb

SONRAKİ HABER

Azərbaycanda ÜDM 3,8 faiz azalıb