• 19 Eylül 2024 Perşembe

Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi - FOTO

Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi - FOTO

Əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü, azərbaycanlı aktyor, publisist, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” adlı daha bir kitabı nəşr olunub.

Kitabda müəllif kiçik oxucularına əsrlər boyu Şərq və Qərb mədəniyyətinin qəribə nümunələrinin bir-birinə qarışdığı, təəccüblü memarlıq və sənət əsərləri doğurduğu bu qədim şəhərin tarixindən bəhs edir.

Bu yaxınlarda Bəhram Bağırzadə kiçik oğlan və qızlara söz verib ki, qurtuluş müharibəsində Azərbaycanı dəstəkləyən ölkələr haqqında mütləq kitablar nəşr etdirəcək.

Yeri gəlmişkən, onun uşaqlar üçün nəzərdə tutulan “Kiyev” və “Tiflis” kitabları artıq işıq üzü görüb.

İsrail, Rusiya və Pakistanla əlaqəli uşaqlar üçün nəzərdə tutulan kitablar – “Qüds”, “Moskva” və “İslamabad” da tezliklə kitab mağazalarında görünəcək.

ÖNCEKİ HABER

Dünyanın ən qədim yaşayış məskəni də erməni işğalından azad edildi

SONRAKİ HABER

Nazir müavini: “Ermənilər Kəlbəcərdə tarixi monastırı saxtalaşdırdı, indi isə qeyri-qanuni olaraq...”