Lerik sakinindən ürəkağrıdıcı MÜRACİƏT

"İlk gündən çöldə qaldıq. Sonrası gün qonşu bizə bir həftəlik sığınacaq verdi. Artıq o müddətdə bitdi. . Kənd icra numayədəliyinə rayon icra hakimiyyətindən zəng ediblər ki, evi tərk edin. Qəzalı vəziyyətdə olan ev azyaşlı uşaqlar uçun təhlukəlidir. Sizdən xahiş edirik Cənab Prezidentimizə, Mehriban xanıma səsimizi çatdırın. Bəlkə bizə yazıqları gəldi".

ÜMİDTV.com:    Lerik rayon Tikəband kənd sakini televiziyamıza rəsmi müraciət edərək ona köməklik göstərməyimizi xahiş edir.

Xatırladaq ki, sözügedən ailəyə köməklik göstərilməsi üçün, hələ Parlament seçkiləri ərəfəsində Lerik rayon İcra hakimiyyətinə məlumat vermişdik.  Görünən budur ki, bu günə qədər bu ailəyə heç bir köməklik göstərilməyib. Ailə artıq çöl şəraitində yaşamaq məcburiyyətində qalıb.

Şikayətçinin müraciətində bildirilir ki, "Salam sizi narahat edən Lerik rayonu Tikəband kənd sakini Cahangirov Rövşən Güloğlan oğludur.  Ailəmiz 9 nəfərdir. 6 nəfəri azyaşlı uşaqdır. Evimiz dəhşətli surətdə qəzalı vəziyyətdədir. Rəsmi surətdə dəfələrlə Lerikin icra Başçısına, Fövqalədə Hallar Nazirliyinə 50-yə yaxın teleqramalar, məktublar göndərmişik . Neçəsini də bizim cənab Prezidentimizə və  Mehriban xanıma göndərmişik. Elə edirlər ki, məktublar, teleqramalar onlara çatmır. Ev dirəklər üstündə durub,  dirəklərdə çuruyub. 

İlk gün çöldə qaldıq. Sonra qonşunun yazığı gəldi evində bir həftəlik bizə sığınacaq verdi. Artıq qonşunun verdiyi müddətdə bitdi. Lerik icra hakimiyyətindən  kənd icra nümayəndəliyinə zəng eləmişdilər  ki, evi tərk edin. Qəzalı vəziyyətdə olan ev azyaşlılar üçün təhlükəlidir. Bizə rəsmi məktub göndərəcəklərini deyirlər.  Biz də evi tərk etmişik, lakin 5 gündür ki, çöldəyik. Sizdən xahiş edirik, cənab Prezidentimizə və Mehriban xanıma səsimizi çatdırın. Bəlkə bizə yazığları gəldi. Xahiş edirik bizə köməklik  edin".

Bu ana olan məlumata görə rayon icra hakimiyyəti tərəfindən ailənin müvəqqəti məskunlaşması üçün çadr göndəriləcəyi bildirilib. Şikayətçi bildirir ki, çadr hələ ki gətirilməyib. 

Doğurdanmı o vaxtdan bu vaxta qədər bu ailəyə sahib çıxan olmayıb. Evi tərk edin deməklə problem həll olunurmu? Bəs bu ailə nə zamana qədər çöldə yaşamaq və ya qonşuya sığınmaq  məcburiyyətində qalacaq. 

Ümid Tv olaraq bir daha rayon icra hakimiyyətinə səslənirik. Bu ailəyə dəstək olun ! Qarşı tərəf olaraq ilkin münasibətləri öyrənilib. Rayon icra hakimiyyətindən yenidən münasibət bildirmək istədiikləri halda münasibətləriini dərc etməyə hazırıq. 

Qeyd edək ki, şikayətçinin müraciətini ixtisarla dərc etdik ki, müraciətdə adı çəkilən şəxslər heç olmasa mahiyyətdən kim olduqlarını xatırlasınlar. İnanaq ki, rayon icra hakimiyyəti reaksiya verəcək.  Mövzunu diqqətdə saxlayacağıq. 

 

 

 

 

 

 

ÖNCEKİ HABER

Bu şəxslər ünvanlı sosial yardım ala biləcəklər -SON DƏQİQƏ

SONRAKİ HABER

Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ