Qarabağın rəqibində iki futbolçu koronavirusa yoluxdu

Qarabağın rəqibində iki futbolçu koronavirusa yoluxdu

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan Türkiyənin “Sivasspor” komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, hər iki oyunçu əsas komandanın üzvləridir.

Adları açıqlanmayan həmin şəxslər evlərində təcrid olunub və onların müalicələrinə başlanılıb.

Qeyd edək ki, “Qarabağ” IV turda “Sivasspor”u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-da nəzərdə tutulan matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.

ÖNCEKİ HABER

Xaritonovla digər MMA döyüşçü arasında münaqişənin görüntüləri yayılıb

SONRAKİ HABER

Naməlum şəxs Moskvada MMA döyüşçüsünə hücum etdi