Rusiya hərbi nəqliyyat aviasiyasının iki An-124 “Ruslan” təyyarəsi zirehli maşınları və sülhməramlı briqada bölmələrinin personalını İrəvan hava limanına çatdırıb.
“RİA Novosti” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Təyyarələr 10 ədəd BTR-82A tipli zirehli transportyor, maddi-texniki təminat vasitələri, həmçinin, sülhməramlı birləşmənin bölmələrinin 30-a yaxın hərbi qulluqçusu gətiriblər”, - deyə qeyd olunur.
Texnikaların boşaldılmasından, yoxlanılmasından və hazırlanmasından sonra bölmələrin Gorus şəhərindəki konsentrasiya ərazisinə üç yüz kilometrlik yürüş edəcəyi qeyd olunur.
Daha əvvəl Qarabağa 170 sülhməramlı ilə 20 təyyarənin göndərildiyi bildirilmişdi.
Ümumilikdə qrupa 1 960 atıcı silahlı hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 avtomobil və digər texnika daxil olacaq.