Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

“Əfsuslar olsun ki, erməni işğalçıları əraziləri tərk edərkən yanğın törədir, öz postlarını dağıdır”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

“Bu, onların əsl iç üzünü göstərir. Biz, sadəcə, bu proseslərə nəzarət edirik, monitorinq edirik. Bu barədə yeni videolar əldə olunan zaman ictimayyətə çatdırılacaq”, - deyə o qeyd edib.

H.Mahmudov əlavə edib ki, bu proses tam detalına kimi izlənilir.

ÖNCEKİ HABER

TAP kommersiya əməliyyatlarına başlayır - FOTO

SONRAKİ HABER

Prezidentin köməkçisindən ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA