SON DƏQİQƏ: Rusiya sülhməramlılarını daşıyan növbəti 20 təyyarə İrəvanda!

SON DƏQİQƏ: Rusiya sülhməramlılarını daşıyan növbəti 20 təyyarə İrəvanda!

Rusiya hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi və 18 “İl-76” təyyarəsi sülhməramlıları və zirehli texnikaları İrəvan hava limanına aparıb.

Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.

“Növbəti 18 ədəd “İl-76” təyyarəsi və Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi 15-ci sülhməramlı briqadanın avadanlığı və heyəti ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə zonasına sülhməramlı əməliyyatda iştirak etmək üçün Ermənistana göndərilib”, - deyə məlumatda qeyd olunur.

Sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 texnika - zirehli texnika, yük maşınları, tankerlər və ekskavatorlar aparıb.

Qarabağda da Rusiya sülhməramlıları var. Ümumilikdə, qrupda 1 960 silahlı hərbi qulluqçu, 90 zirehli texnika, 380 maşın və digər texnika olacaq.

ÖNCEKİ HABER

Paşinyan: “2400 hərbçimiz öldürülüb, yüzlərlə itkin düşən var”

SONRAKİ HABER

Perunun yeni prezidenti istefa verdi