Ucarda minik və yük maşınları toqquşub: Ölən və yaralanan var

Ucarda minik və yük maşınları toqquşub: Ölən və yaralanan var

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi yük maşını toqquşub.

Nəticədə sürücü M.Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

ÖNCEKİ HABER

İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialı nümayiş olunacaq

SONRAKİ HABER

Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ