XƏZƏR RİH-Tİ ƏSGƏRİN VİDEO MÜRACİƏTİNƏ REAKSİYA VERDİ

XƏZƏR RİH-Tİ ƏSGƏRİN VİDEO MÜRACİƏTİNƏ REAKSİYA VERDİ

ÜMİDTV:    Vətən müharibəsinə könüllü yollanan Lerik rayonunun Şinəband kəndində doğulan, ailəsi ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Bəşirov Seymur Zeynulla oğlu, cəbhə bölgəsindən Xəzər RİH-nin Başçısına video müraciət ünvanlayıb.

Sosial şəbəkədə yerləşdirilən video müraciət, eyni zamanda dogru.az saytında dərc olunan məlumatdan sonra Xəzər RİH-ti hərəkətə keçib. Əsgərin yaşayış evinə baxış keçirib problemi yerindəcə həll ediblər.  

Qeyd edək ki, əsgər video müraciətdə, özü cəbhə bölgəsində olduğu üçün, evində qaz və işığın olmaması səbəbindən ailə üzvlərinin soyuqdan əziyyət çəkdiyini bildirib.

ÜmidTv olaraq hesab edirik ki, aidiyyatı təşkilatlar cəbhədə olan əsgərlərimizin ailələrinə baş çəkməli, mövcud problemləri yerindəcə həll etməlidirlər. Cəbhə bölgəsindən ailəsindən narahat olan əsgərin video müraciətini gözləməməlidirlər.

İnanırıq ki, aidiyyatı qurumlar bundan sonra eyni halların təkrarlanmaması üçün elə indidən hərəkətə keçəcəklər.

 

ÖNCEKİ HABER

Prezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar

SONRAKİ HABER

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO