Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

ÜMİDTV:     Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Qeyd edilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla, yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.

Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

ÖNCEKİ HABER

FHN Bakıda yolları gölməçələrdən təmizləyir - FOTO

SONRAKİ HABER

Bakıya leysan, Daşkəsənə qar yağıb