Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”

Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”

ÜMİDTV:     “Moskva ümid edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ardından BMT-nin qurumları da humanitar problemlərin həllinə qoşulacaq”.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

“Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsini, Humanitar İşləri Koordinasiya Bürosunu nəzərdə tuturam. Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi mövcuddur. Burada UNESCO öz rolunu oynaya bilər”, - deyə S.Lavrov qeyd edib.

Rusiyalı diplomat bildirib ki, BQXK uzun müddətdir bölgədə mövcuddur və onun təcrübəsi digər təşkilatlar üçün də faydalı ola bilər.

ÖNCEKİ HABER

Putinin sözçüsündən Qarabağdakı razılaşmanın ilk günləri ilə bağlı AÇIQLAMA

SONRAKİ HABER

Ermənistanın baş naziri: “Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil”