ÜMİDTV: Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad olunub.
Bu barədə “Sputnik” xəbər yayıb.
Qeyd edək ki, Koçaryan 2008-ci ildən bu vəzifədə idi. O, nazir müavini olaraq əsasən Qarabağla bağlı məsələlərlə məşğul olurdu.
Xatırladaq ki, bundan əvvəl Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Aşot Taşçyan istefa verib, həmçinin, Daxili İşlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Qurgen Dallakyan, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.