“Milan” 39 yaşlı İbrahimoviçə yeni müqavilə təklif edəcək

“Milan” 39 yaşlı İbrahimoviçə yeni müqavilə təklif edəcək

39 yaşlı isveçli hücumçu Zlatan İbrahimoviç 2022-ci ilə qədər “Milan”da qala bilər.

“La Gazzetta dello Sport” xəbər verir ki, klub rəhbərliyi Z.İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.

Mənbə iddia edir ki, hücumçu “rossoneri”nin mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağına ümid edir və bu səbəbdən “Milan”la birlikdə Avropanın əsas klub turnirində özünü sınamağa hazırlaşır.

Xatırladaq ki, “Milan” yeddi turdan sonra 17 xalla futbol üzrə İtaliya çempionatının lideridir.

ÖNCEKİ HABER

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığı daha da gücləndirir

SONRAKİ HABER

Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA