Ölkədə 7,5 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib

Ölkədə 7,5 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib

2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu məhsulların 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,6 faiz artıb.

Eləcə də, heyvandarlıq məhsulları üzrə istehsal 3 faiz, bitkiçilik məhsulları üzrə istehsal həcmi isə 0,2 faiz artıb.

ÖNCEKİ HABER

Ölkədə 106 min yeni iş yeri açılıb

SONRAKİ HABER

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər ediblər – TAM MƏTN