Parlament Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqlədi

Parlament Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqlədi

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib. İclasa parlamentin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Qeyd edək ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsi ölkənin Prezident Administrasiyası tərəfindən hazırlanıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

ÖNCEKİ HABER

Azərbaycan minnətsiz qələbə qazandı-MİLLƏT VƏKİLİ

SONRAKİ HABER

Əli Hüseynli: “Xalq öz Ali Baş komandanı ilə qürur duyur”