Mübariz Mənsimovun azad edilməsində qardaş Türkiyə dövlətinin humanist addım atacağına inanıram-RƏHMAN CƏBİYEV

Mübariz Mənsimovun azad edilməsində qardaş Türkiyə dövlətinin humanist addım atacağına inanıram

ÜMİDTV.com:      Artıq bir neçə müddətdir ki, Azərbaycanımızın fəxri, qazancını ehtiyacı olanlarla bölən, xeyirxah insan Mübariz Mənsimov Feto/Pyd istintaq araşdırması səbəbindən həbsdə saxlanılır.

Bundan əvvəllərdə müraciətlərimdə, Mübariz Mənsimov kimi bir vətənpərvər şəxsiyyətin hər hansı bir terror qruplaşması ilə əlaqədə olmasına inanmadığımı bəyan etmişəm və bu gün də inanmıram.  Mübariz Mənsimovun Türkiyə və Azərbaycan adına xidmətləri sayı-hesabı olmayan qədərdir ki, o xidmətləri bir yazıya sığmaq mümkün deyil.  İstər Azərbaycan ictimaiyyəti, istərsə də Türkiyə ictimaiyyətinin əksəriyyəti Mübariz Mənsimovun həbsdə saxlanılmasını qəbul etmir. Hər gün Mübarizsevərlər sosial şəbəkələrdə Mübarizə Mənsimova azadlıq tələb edir.  Həmçinin kifayət qədər tanınmış simalar və fərdi ictimaiyyət nümayəndələri Türkiyənin Dövlət Başçısına müraciət edərək Mübariz Mənsimovun azad olunmasına köməklik göstərilməsini xahiş edirlər.   Bununla yanaşı Azərbaycan ictimaiyyəti sosial mediadan Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya eyni müraciətlə Mübariz Mənsimovun azad olunmasında köməklik göstərilməsini xahiş edirlər. 

Bir Azərbaycan vətəndaşı olaraq ictimaiyyətlə həmfikir olub, mən də öz növbəmdə Mübariz Mənsimovun azad edilməsinə köməklik göstərilməsi üçün bu Möhtərəm ali şəxsiyyətlərə müraciət edərək bu məsələdə əllərindən gələni əsirgəməməyi xahiş edirəm.

Azərbaycanın və Türkiyənin Ali Liderlərinin nə qədər humanist bir şəxsiyyət olduqlarını bilirik.  İki qardaş ölkənin Prezidentlərinin də dəstək verəcəyinə inanıram və Mübariz Mənsimovun azad olunması istiqamətində Türkiyə dövlətinin tezliklə humanist addım Atacağina şübhəm yoxdur.    

İnanıram ki, Azərbaycanın və Türkiyənin Ali Liderləri, ictimaiyyətin, eyni zamanda Mübariz Mənsimovun şəxsən müraciətini, yenicə əməliyyat olunduğunu, hazırda səhətinin yaxşı olmadığını, onun həbsdə olmasından xəbərsiz olan yaşlı valideyinlərinin övladlarının həsrətində olduğunu, Allahın ismi ilə başlayıb, şükürlə bitirdiyim rəsmi müraciətimin də  nəzərə alınaraq, Azərbaycan və Türk dünyası üçün önəmli olan xeyriyyəçi iş adamı Mübariz Mənsimovun  tezliklə həbsdən azad edilməsi üçün əllərindən gələni edəcəklər.

Mübariz Mənsimovun tezliklə azadlığa qovuşması arzusu ilə Allah yar və yardımçınız olsun !

Hörmətlə

Ümid TRYŞ-nin prezidenti Rəhman Cəbiyev

 

 

 

ÖNCEKİ HABER

Türkiyəli iş adamı Avropada futbol klubu satın alır

SONRAKİ HABER

Türk təyyarəsi rus müdafiə sistemini BELƏ VURDU - VİDEO