ELDƏNİZ SƏLİMOV XAÇMAZLILARA SƏSLƏNDİ: YARANMIŞ VƏZİYYƏTİN ARADAN QALDIRILACAĞINI BİLDİRDİ !

ELDƏNİZ SƏLİMOV XAÇMAZLILARA SƏSLƏNDİ: YARANMIŞ VƏZİYYƏTİN ARADAN QALDIRILACAĞINI BİLDİRDİ !

ÜMİDTV:        Artıq iki gündür yağan aramsız yağışlar bir çox bölgələrimizdə, o cümlədən, Şimal rayonlarımızda, Xaçmazda, xüsusilə, Xaçmaz şəhərinin özündə çox ciddi fəsadlar yaradıb.

Evlərin çoxunun zirzəmilərinə, birinci mətrəbələrinə yağış suları dolub, bəzi evlər isə hətta su altında qalıb.

Küçələrdə, həyətlərdə yağış sularının hündürlüyü az qala 40-50 sm-ə çatıb.

Odur ki, Xaçmazdakı vəziyyətlə əlaqədar rayonun deputatlarından biri-Eldəniz Səlimovla əlaqə saxladıq.

Etikxeber.az-a açıqlamasında millət vəkili yağışın hələ də kəsmədiyini, davam etdiyini bildirərək, rayonda, onun kəndlərində, Xaçmaz şəhərinin özündə ciddi fəsadlara səbəb olduğunu, vətəndaşların evlərinə, mülklərinə ciddi ziyan vurduğunu bildirib:

“İki gündür ki, yağış durmadan-dayanmadan yağır. Rayonda, kəndlərdə, xüsusilə, Xaçmaz şəhərində çox ciddi fəadlar yaranıb. Evlər-eşiklər, iş yerləri yağış suları ilə dolub, hətta su altında qalan evlərimiz də var. Şəxsən mənim özümün valideynlərimlə birgə yaşadığımız evə də yağış suları dolub. Mənim də, ailəmin də xaçmazlılardan digər bir fərqimiz yoxdur…Ancaq bununla belə, vəziyyətin, fəsadların aradan qaldırılması üçün də ciddi işlər, tədbirlər görülməkdədir. Rayon rəhbərliyi, aidiyyatı strukturlar hamısı ayaq üstədir. İnanın iki gündür yuxu nədir bilmirəm…Həmçinin, digər aidiyyatı dövlət qurumları ilə əlaqə saxlanılıb, kömək istənilib və vəziyyətin aradan qaldırılması üçün hər kəs əlindən gələni edir, etməyə çalışır. Vətəndaşlarımızı da çox yaxşı anlayıram, gözəl başa düşürəm, çətin vəziyyətdədirlər, evlərini-eşiklərini yağış, su basıb.

Ancaq Xaçmazın deputatlarından biri kimi vətəndaşlarımıza, əziz xaçmazlılarıma səslənmək, müraciət etmək istəyirəm ki, bir qədər səbrli, təmkinli olsunlar, bir daha milli həmrəylik nümayiş etdirsinlər. İnanıram və qəti əminəm ki, belə də olacaq, ayrı cür dəola bilməz…Dövlət, hər kəs özü üzərinə düşəni görür və görməyə çalışır, heç kim əlini yanına salıb, dayanmayıb… Bu, təbii fəlakətdir, nə vaxt, haçan olacağı bilinmir. Ona görə vətəndaşlarımızı, xaçmazlılarımızı bir qədər də səbrli olmağa dəvət edirəm. Heç kəs diqqətdən kənarda qalmayıb və qalmayacaq, hər kəsə kömək ediləcək, üzləşdikləri fəsadlar aradan qaldırılacaq. Dövlətimiz çox güclüdür, bu günə kimi, çox çətinliklərin öhdəsindən şərəflə, layiqincə gəlib və bu imtahandan, bu çətinlikdən də elliklə üzüağ, alnıaçıq çıxacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

 

 

ÖNCEKİ HABER

Deputat: “Xilaskar lider İlham Əliyevin rəhbərliyi altında dünyada yenilməz orduya malik müzəffər xalq kimi yaşayacağıq”

SONRAKİ HABER

Azərbaycan minnətsiz qələbə qazandı-MİLLƏT VƏKİLİ