Hikmət Hacıyev: “Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raket sistemlərindən istifadə edib” - FOTO

Hikmət Hacıyev: “Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raket sistemlərindən istifadə edib” - FOTO

ÜMİDTV:       Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Füzuli rayonuna səfər edib.

H.Hacıyev bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.

H.Hacıyev ANAMA nümayəndələrinin Füzuli rayonunda əldəqayırma raket qurğularını təmizlədiyi ərazilərdə olub.

Prezidentin köməkçisi Ermənistan ordusunun mülki əhalinin sıx yaşadığı kəndlərə qarşı əldəqayırma raket qurğularından istifadə etdiyini vurğulayıb.

H.Hacıyev əlavə edib ki, oxşar silahlar əsasən Suriyada istifadə olunub.

ÖNCEKİ HABER

Xocavənd istiqamətində döyüşlərdə şəhid olan daha bir müəllimimiz

SONRAKİ HABER

Beynəlxalq Qırmızı Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib