BİNƏ SOVXOZ ƏRAZİSİ XƏZƏR VƏ ABŞERON RİH-NİN GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLİB – FOTO XƏBƏR

Ümid Tv olaraq dəfələrlə bu ərazidə baş verənlər barədə xüsusi reportajlar təqdim etmişik. Təəssüflər olsun ki, hələ də təqdim etdiyimiz reportajlardan nəticə çıxaran olmayıb.

ÜMİDTV.com:      Son vaxtlar ölkə Prezidentinin rüşvətxorluğa və korrupsioner məmurlara qarşı sərt mübarizəsinə və verdiyi mesajlara baxmayaraq, hələ də özünü bu rüşvət virusundan təmizləməyən məmurlar qalmaqdadır.

Bu gün studiyamıza vətəndaşlar tərəfindən müraciət olunaraq bildirildi ki, Xəzər RİH-ti ilə Abşeron RİH-nin bir qrup nümayəndələri, Dövlət Əmlak Komitəsinin nümayəndələri ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində torpaq alan vətəndaşların tikililəri sökülmüşdür.  Müraciət əsasında həmin əraziyə üz tutduq. Gördüklərimiz bizi şoka saldı. Həqiqətdə isə bu şok bizə başqa bir müəmmadan xəbər verdi.

Belə ki, həmin ərazidə, yüksək gərginlikli elektrik xətlərinin düz altında ayrı-ayrı vətəndaşlar tərəfindən tikinti işləri aparılırdı. Həmin şəxslərdən soruşanda ki, sizin yüksək gərginlikli elektrik xəttinin altında tikinti işləri həyata keçirməyə icazəniz varmı? Bildirdilər ki, biz icra hakimiyyətindən icazə almışıq. Eyni zamanda soruşduq ki, bu gün bu ərazidə icra hakimiyyəti söküntü işləri aparıb, siz nə əsasla işləyirsiniz? Cavabında bildirdilər ki, icra hakimiyyəti bu ərazidə söküntü aparanda da biz işləyirdik, bizim icazəmiz var. Bax, əsil müəmma budur. Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də əlaqə saxlamağımız mümkün olmadı.  

Eyni zamanda vətəndaşlar bildirdilər ki, söküntüyə gələnlər Xəzər və Abşeron RİH-ti ilə Əmlak Komitəsinin  nümayəndələridir.

Görünən budur ki, bir ərazinin iki sahibi var!

Sözügedən ərazi, iki icra hakimiyyətinin əsil gəlir mənbəyidir desək yanılmarıq. Həmin ərazidə lentə aldığımız kadrlar tezliklə Ümid Tv Azərbaycan kanalında yayımlanacaq.  Bu ərazidə baş verənləri diqqətdə saxlayacağıq. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, apardığımız araşdırmada diqqətimizi çəkən, bu ərazidə rüşvət almaqla qanunsuz tikintiyə icazə verilməsi və yüksək gərginliklli elektrik xətlərinin altında yerləşən torpaq sahələrində fərdi yaşayış evlərinin tikiləməsinə ifaktiki icazə faktlarıdır. Lentə aldığımız faktları yayıma verəndən dərhal sonra faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna tərəfimizdən rəsmi məlumat təqdim olunacaq.

Ümid Tv Xəbər

 

 

ÖNCEKİ HABER

VİDEO: BU GÜN SƏNƏ EHTİYACI OLANA LAZIMSAN, MƏQSƏDİNƏ ÇATDISA....! - Rəhman Cəbiyev

SONRAKİ HABER

Prezident İlham Əliyevdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ