Qənirə Paşayeva, “AzərTac”ın əslən Cəbrayıldan olan əməkdaşı Səadət Hakıyeva ilə görüşüb

Qənirə Paşayeva, “AzərTac”ın əslən Cəbrayıldan olan əməkdaşı Səadət Hakıyeva ilə görüşüb

ÜMİDTV:      Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “AzərTac”ın əslən Cəbrayıldan olan əməkdaşı Səadət Hakıyeva ilə görüşüb, Cəbrayılın, ümumilikdə Qarabağ torpaqlarımızın Ermənistanın işğalından azad olunması münasibəti ilə onu təbrik edib.
Səadət Hakıyevanın gələcək planları ilə maraqlananan Qənirə Paşayeva, Cəbrayılda KİV-lərin bərpası və ya yeni maarifləndirici media orqanlarının qurulması yönündə yaradıcı insanların üzərinə düşən mənəvi məsuliyyət, yaradıcı insanların həmrəylik ruhunun gücləndirilməsi ilə bağlı onunla fikir mübadiləsi aparıb.
Görüşdə, hərbi zəfərlərin millətin mənəvi-mədəni durumuna, yaradıcı insanların gələcəklə bağlı planlarına da önəmli təsir göstərdiyi vurğulanıb.
Səadət Hakıyeva işğaldan azad edilmiş şəhər-rayonlarımızın dirçəldilməsi ilə bağlı yaradıcı insanların da üzərinə mənəvi məsuliyyət düşdüyündən danışıb, arzu-istəklərini bölüşüb, səmimi görüşə, təbriklərə görə Qənirə Paşayevaya təşəkkür edib.

ÖNCEKİ HABER

Xalq artisti vəfat etdi

SONRAKİ HABER

Azərbaycan mədəniyyətindəki tolerantlıq motivləri dünya şöhrətli fotoqrafı heyrətə gətirdi - FOTO