Daha 100 Azərbaycan vətəndaşı Bakıya gətirildi

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

ÜMİDTV.com:   21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq 
Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti 
Berlindən çarter reysi həyata keçirib.

ÖNCEKİ HABER

Daha bir vəzifəli şəxs tutuldu - RƏSMİ

SONRAKİ HABER

Prezident Rüstəm Usubovla bağlı SƏRƏNCAM İMZALADI