ÜMİDTV.com: İfaçı insanların ona göstərdiyi bu etimada belə reaksiya verib:
"Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!
O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək.
Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki..."