LERİK SAKİNİ ƏLİBALA NURİYEVİN İDDİASINA RAYON İCRA HAKİMİYYƏTİNİN CAVABI NECƏ OLDU ? - VİDEO

Lerik rayonunda nələr baş verir ?

ÜMİDTV.com:     Xəbər verdiyimiz kimi, Ümid Tv Azərbaycan kanalının operativ çəkiliş qrupu  bir qrup  Lerik sakinlərinin müraciəti əsasında Lerik rayonuna ezam olunmuşdu.

Şikayətçilərdən biri Lerik sakini Əlibala Nuriyev bildirdi ki, rayonda yerləşən keçmiş xəstəxana binasında  yerləşən iki otaqlı mənzil sökülmüş,  rayon icra hakimiyyəti tərəfindən əvəzində ona 1 otaqlı mənzil təklif olunmuşdur.  İcra hakimiyyətinin təklifi ilə razılaşmadığından aidiyyatı təşkilatlara rəsmi müraciətlər göndərmiş, lakin bu günə qədər heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də kanalımıza müraciət edərək bizdən köməklik göstərilməsini xahiş edib.

Şikayətçinin rəsmi müraciətini nəzərə alaraq , yerində çəkiliş aparıldıqdan sonra rayon icra hakimiyyətinin münasibətini öyrəndik.

Lerik rayon İcra hakimiyyətinin rəsmisi bildirdi ki, Əlibala Nuriyevə məxsus mənzil ümumilikdə 15 kv/m olmuş, rayonun İcra Başçısı humanistlik edərək  Əlibala Nuriyevaya 38 kv/m olan 1 otaqlı mənzil təklif etmişdir. Lakin Əlibala Nuriyev bu təklifdən imtina etmişdir. Gələcəkdə şərait yaranarsa şikayətçinin müraciətinə yenidən baxılması təmin olunacaqdır.

Bundan başqa rayon icra hakimiyyəti ndən bildirildi ki, əlavə olaraq şikayətçinin oğlunun müraciəti əsasında ona  0.01 ha torpaq sahəsi ayrılmış və həmin sahədə şikayətçi iki mərtəbəli fərdi yaşayış evi inşa etməklə mənzil şəraitini yaxşılaşdırmışdır.

Şikayətçi isə bildirdi ki, həmin fərdi yaşayış evi oğluna məxsusdur və onun bu mənzilə heç bir aidiyyatı yoxdur. Həmin mənzildə məskunlaşmalarının səbəbi isə başqa yaşayış yerlərinin olmamasıdır.

Qeyd edək ki, həm şikayətçi, həm də rayon icra hakimiyyəti sübut olaraq müvafiq rəsmi sənədləri tanış olmaq üçün bizə təqdim etdilər və həmin sənədlərin foto surətlərinin çəkilməsinə razılıq verdilər.

Ümid Tv olaraq araşdırmamızın nəticəsi olaraq bildiririk ki, bizə təqdim olunan hər iki tərəfin sənədləri qarşılaşdırıldıqda, sənədlər arasında  uyğunsuzluq aşkar etdik.

Belə ki, şikayətçinin adına olan rəsmi sənəddə yalnız 2 otaqlı mənzil göstərilsə də, rayon icra hakimiyyətində  olan rəsmi sənəddə əlyazmalarla  əhatə olunmuş şəkildə 15 kv/m mənzil göstərilir.

Hər bir halda media olaraq aşkar etdiyimiz hər bir uyğunsuzluq barədə aidiyyatı təşkilatlara məlumat verməyi özümüzə borc bilirik.

Daha ətraflı video materialdan izləyə bilərsiniz.

 

 

Mənzilə dair rəsmi sənədlərin foto surəti. 

 

 

 

ÖNCEKİ HABER

Access Bank 300 manata görə vətəndaşı intihara sürükləyir - İDDİA

SONRAKİ HABER

Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI