Azərbaycanda İcra başçısı karantina alındı-SON DƏQİQƏ

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

ÜMİDTV.com:    Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 

Qafqazinfonun məlumatına görə, testin nəticəsinə əsasən, analiz bir nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

ÖNCEKİ HABER

İstanbulun rəmzləri Azərbaycan bayrağına büründü - FOTO

SONRAKİ HABER

Türkiyə Prezidenti dövlətmizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib