Azərbaycanlı rejissorun qısametrajlı filmi ABŞ-dakı festivalda qalib olub

Azərbaycanlı rejissorun qısametrajlı filmi ABŞ-dakı festivalda qalib olub

ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti uğura imza atıb. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Həmvətənimizin rejissoru olduğu “Ladybug” (“Uğur böcəyi”) qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən “15 Minutes of Frame” film festivalinda “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olub.

Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasinda “Laçın” mahnısı səsləndirilib.

Qeyd edək ki, Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi də bir müddət əvvəl “Urban Action Showcase” festivalında “Döyüş” nominasiyası üzrə ən yaxşı film seçilib. Həmvətənimizin “Let me run” filmi “Best USA Film” (“Ən yaxşı ABŞ filmi”) nominasiyası üzrə qalib olub.

ÖNCEKİ HABER

Laçın mahnısı səslənən film ABŞ-da mükafata layiq görüldü

SONRAKİ HABER

Mədəniyyət Qarabağa qayıdır