Qusarda hasarın uçması 1 uşağın ölümü, 2-nin yaralanması ilə nəticələndi - VALİDEYİN SƏHLƏNKARLIĞI

Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

ÜMİDTV.com:    Reportun məlumatına görə, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən 9-10 il əvəvl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travmasıə alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.  (Mənbə: Metbuat.az)

ÖNCEKİ HABER

Sabahdan Azərbaycanın ən böyük ticarət mərkəzi fəaliyyətə başlayır

SONRAKİ HABER

Ata Abdullayevi restoranda necə döydülər - ANBAAN VİDEO